Qazilərin əlillik haqqı NƏDƏN TANINMIR? - Bakıda AKSİYA

14-12-2022, 09:05           
Qazilərin əlillik haqqı NƏDƏN TANINMIR? -
Milli Məclisin önündə qazilər etiraz edib.

Kənan Quliyev deyir, 10 aydır silahlı qüvvələrdən tərxis olunub. Lakin əlillik dərəcəsini ala bilmir.

Cavid Musayev Müdafiə Nazirliyinin zabiti olub. Aldığı xəsarətlərə görə ona əlillik dərəcəsi verilib. Lakin aldığı təqaüdün azlığından gileylənir.

Polis qaziləri Milli Məclisin qəbul şöbəsinə aparıb. Onlara dekabrın 14-də deputat Adil Əliyevlə görüşdürüləcəkləri söz verilib.

ƏƏSMN isə qazilərin şikayətləri ilə bağlı Toplum TV-nin suallarını cavablandırmayıb.

Toplum TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]