Aİ Moskvaya gözlənilən zərbəni vurdu – Nə baş verir?

24-07-2026, 10:24           
Aİ Moskvaya gözlənilən zərbəni vurdu – Nə baş verir?
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyib. Yeni məhdudiyyətlər maliyyə sektoru, sənaye, enerji və yüksək texnologiya sahələrini əhatə edir.
Globalinfo.az xəbər verir ki, sanksiya siyahısına 170 təşkilat və 48 fiziki şəxs daxil edilib.

Aİ həmçinin Rusiya banklarına, neft emalı müəssisələrinə, metallurgiya və qiymətli metallar sektoruna qarşı yeni məhdudiyyətlər qoyub. Xüsusilə 37 Rusiya uzaqmənzilli dron istehsalçısı və müdafiə sənayesi ilə əlaqəli 56 fiziki və hüquqi şəxs sanksiyalara məruz qalıb.

Yeni paket, həmçinin üçüncü ölkələrin şirkətləri tərəfindən kriptoaktivlərlə bağlı xidmətlərin məhdudlaşdırılmasına və Ukraynadakı müharibədə iştirak edən şəxslərə qarşı viza tədbirlərinə imkan yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]