Zelenskinin Modinin Moskvaya səfərini tənqid etməsi Hindistanı acıqlandırdı

17-07-2024, 00:09           
Zelenskinin Modinin Moskvaya səfərini tənqid etməsi Hindistanı acıqlandırdı
Hindistan XİN prezident Volodimir Zelenskinin Hindistanın baş naziri Narendra Modinin Vladimir Putinlə görüşünü tənqid etməsini müzakirə etmək üçün Ukrayna səfirini çağırıb.

Bu “The Economic Times” xəbər verir.

Hindistan Xarici İşlər Nazirliyi səfiri dünən çağırıb.

“Bu, Dehlinin Zelenskinin baş nazirlə bağlı verdiyi şərhlərə görə Ukraynanın mövqeyindən narazılığını açıq şəkildə göstərir”, – nəşr yazır.

Məlum olub ki, Dehli bu hadisə fonunda Ukrayna ilə mədəniyyət məsələləri üzrə birgə işçi qrupunun görüşünü təxirə salıb.

Xatırladaq ki, keçən həftə Ukrayna prezidenti Modinin Rusiya prezidenti ilə görüşünü tənqid edərək, bunu “sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb.

“Dünyanın ən böyük demokratiyasının liderinin Moskvada dünyanın ən məşhur cinayətkarını qucaqladığını görmək çox kədərlidir”, – Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]