İrandan gözlənilməz Zəngəzur açıqlaması: İrəvan bilər…

14-07-2024, 17:25           
İrandan gözlənilməz Zəngəzur açıqlaması:
Azərbaycanın irəli sürdüyü tələblərlə bağlı qərar verən Ermənistandır, lakin bu məsələdə bizim mövqeyimiz ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, lehinəyik.

Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbi haqda sualı cavablandırarkən deyib.

“Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, daim düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında rabitə kanallarının açılmasının tərəfdarıyıq. Və bu, regionun bütün ölkələrinə şamil edilməlidir. Bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan (Naxçıvanın kəndi – red.) Arazdəyənə avtomobillə də əlaqə saxlaya bilərik. Başqa sözlə, Mehridən İrəvana təxminən 6 saatdır, Şahtaxtıdan Arazdəyənə və İrəvana isə, yəqin ki, bir saatdan az olar. Yəni yol açılsa, hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində olmalıdır. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir, bu, beynəlxalq hüquqa ziddir və burada dividentlər olmamalıdır. Və faydalar hər kəsə şamil edilməlidir”, - o bildirib.
Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]