Nigar Arpadarai Konstitusiya Məhkəməsinin qərarını gözləmədi - Özünü deputat elan etdi (FOTO)

14-02-2020, 13:10           
Nigar Arpadarai Konstitusiya Məhkəməsinin qərarını gözləmədi - Özünü deputat elan etdi (FOTO)
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

MSK-nın açıqladığı nəticəyə görə 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Nigar Arpadarai seçicilərin 42.3 faizinin səsini qazanaraq deputat seçilib.

Qlobal.az xəbər verir ki, MSK-nın bu açıqlamasından sonra Nigar Arpadarainin vikipediyasına dəyişiklik edilərək millət vəkili olduğu qeyd edilib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının protokollarını yoxlamalı və Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi isə qəbul etdiyi sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxladıqdan sonra seçkilərin yekunlarını təsdiq edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]