Keçmiş Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırovun qızının İtaliyada bahalı oteli var FOTOFAKT

31-03-2019, 11:48           
Keçmiş Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırovun qızının İtaliyada bahalı oteli  var FOTOFAKT
Teref.az yazır ki, müstəqil jurnalist Cavanşir Həsənli yeni araşdırmalarının nəticələrini içtimaiyytələ bölüşüb.Öz profilində paylaşdığı statusunda yazır:
Keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun İngiltərə, Çexiya, Almaniya, Avstriya, Kipr, Latviya və Türkiyədəki çoxsaylı şirkətləri, otelləri barədə yazmışdım. Amma demə bunlar hələ hamısı deyilmiş.
Cənab Bağırovun daha bir oteli İtaliyadaymış. Daha korrekt Romada.

Bağırova Romada, yaxud "BAGHİROVA İN ROME". Otel belə adlanır. Otelin sahibəsi Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovadır.
Buranın ayrı bir özəlliyi var. Otelin yerləşdiyi bina 1555-ci ildə inşa olunub və keçmişdə saray olub. İtaliyanın məşhur PALAZZO CARTONİ sarayı. Belə binaların tarixə böyük önəm verən Avropada dəyəri on milyonlarla ölçülür.

PALAZZO CARTONİ Romanın tarixi binalarla əhatə olunmuş hissəsində yerləşir. Otelin otaqları da klassik üslub hazırlanıb və bahalı rəsmlərlə, dekorasiyalarla bəzədilib. Günlük qonaqlama bir nəfər üçün 129 dollardan başlayıb.























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]