Deputat oğlunun da xaricdə fabriki varmış - Bir qardaşı da gömrük rəisidir...

30-03-2019, 11:33           
Deputat oğlunun da xaricdə fabriki varmış - Bir qardaşı da gömrük rəisidir...
Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəylinin oğlu Ərəstu Həbibəylinin Türkiyədə alüminium profillər istehsal edən fabriki var. Criminal.az sautı müstəqil jurnalist Cavanşir Həsənlinin 9 iyul 2018-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi işləyən Ərəstü Həbibbəylinin xarici ölkədəki biznesini araşdırıb.


Məlum olub ki, Ə.Həbibbəyli ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİni 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkətin ofisi Cevizlik Mahallesi, İstanbul Cd. No:12, 34142 Bakırköy/İstanbul, Türkiyə ünvanında yerləşir.

Komitə sədrinin digər oğlu Səhət Həbibyli bu yaxınlarda Naxçıvan MR-in Gömrük Komitəsinin rəhbəri təyin olunub. \\reportyor.info\\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]