“İrşad Electronics”in “zəmanət fırıldağı” - daha bir müştəri narazılığı

27-03-2019, 19:02           
“İrşad Electronics”in “zəmanət fırıldağı” - daha bir müştəri narazılığı
“İrşad Electronics”in bütün işçiləri dələduzluqla məşğuldurlar”.

Yenicag.az xəbər verir ki, bu iddia ilə jurnalist Natiq Muxtarlı çıxış edib.

O, bu barədə sosial şəbəkə hesabında yazıb:

“Deməli, “İrşad Electronics”dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək. Bayram günlərində əsəblərim “İrşad Electronics”in əməkdaşları ilə söhbətdə xeyli pozuldu. Və bu söhbətlərdə əmin oldum ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]