Mircəfər Bağırovun Xruşşov və Malenkova yazdığı üzr məktubu
9-09-2026, 16:34

1953-cü ilin iyulun 17-də Bağırov Malenkov
ve Xruşşova məktub yazıb öz günahlarını etiraf etdi. O, partiya qarşısında "təmiz və dürüst" vicdanla etiraf edirdi ki, hər bir kommunist, hər bir Sovet adamı Beriyanın düşmən əməllərinin aşkarlanmasında partiya və dövlətə kömək etdiyi bir vaxtda ən yaxşı halda mən yad adam kimi görünürəm. Bu niyə belə alındı? Sualın cavabında Bağırov yazırdı: "Ona görə ki, qeyri-ixtiyari səhv etdim və dərhal bu səhvi vicdanla düzəltmək əvəzinə, əksinə, onu daha da dərinləşdirdim. Xalq düşməni Beriyanın həbsini birinci dəfə iyulun 2-də yoldaş Xruşşovdan öyrəndim, mən onun "Beriyaya zəng etmisən?" sualina "yox” cavabı verdim, halbuki iyulun 1-də Beriyaya və bir çox digərlərinə zəng etmişdim. Belə ki, bir bu məsələdə çaşmağımdan sonra həm Mərkəzi Komitənin plenumunda, həm də ondan sonra o qədər axmaq şeylər törətdim, o qədər yeni ciddi səhvlərə yol verdim ki, hər kəsdə çaşqınlıq, tərəddüd və şübhə yarandı. Dünən mənim davranışlarıma Mərkəzi Komitənin Rəyasət Heyətinin sərt qiymət verməsi, mənə münasibətdə siyasi etimadsızlıq göstərilməsi bilavasitə bununla izah edilməlidir. Bu, partiya üzvü üçün ən yüksək cəza tədbiridir; görünür, əslində özümü itirmək və döyüş meydanından fərarilik etməklə mən ona layiqəm". Məktubun sonunda Bağırov bəyan edirdi ki, mənimlə bağlı nə baş verir-versin, mənə necə ağır cəza verilir-verilsin, mən bizim böyük Lenin-Stalin partiyasının sədaqətli əsgəri olmuşam və olaraq qalıram, mənim qanımın hər damlası ona məxsusdur. O, partiya Mərkəzi Komitəsindən günahını yumaqda ona imkan verilməsini xahiş edirdi.
Prof. Cəmil Həsənli
Buna baxmayaraq, 26 may 1956-cı ildə Mircəfər Bağırov güllələndi.
Bu Mircəfər Bağırovun son fotosudur.
Azərbaycan Tarixi

