"Xərçəngin müalicəsi heç zaman mümkün olmayacaq."

8-09-2026, 15:44           
"Xərçəngin müalicəsi heç zaman mümkün olmayacaq."
"Xərçəngin müalicəsi heç zaman mümkün olmayacaq. Çünki onu insan özü yaradıb. İnsan nə vaxt siqaranı unutsa, bu xəstəlik də bitəcək. Siqara bu xəstəliyi yaradan səbəblərin tam yarısıdır."
Əziz Səncər 80
Əziz Səncər: Nobel mükafatını, bütün elmi uğurlarımı Türkiyədə sülh üçün verərdim.
Dünyamızda elə insanlar var ki, onlar qarşılarına çıxan maneələri bir-bir aşaraq həm öz talelərini, həm də bəşəriyyətin gələcəyini dəyişirlər. Belə insanlardan biri də sabah doğum günü olan dünya elminin zirvəsini fəth etmiş türk- professor Əziz Sancardır. Elmdə çoxşaxəli insan idi: həkim akademik, biokimyaçı, molekulyar bioloq...1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsində dünyaya gəlib. Ailədə Səkkiz uşaqdan yeddincisi olaraq dünyaya gəlib
Qeyd edim ki, Əziz Səncər Nobel mükafatına İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə layiq görülüb. Hətda bu mükafatı ona İsveç Kralı XVI Karl Qustav özü təqdim etmişdi. O, ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. Əziz Səncər məhz DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Onun molekulyar biologiyada kəşvləri ilə məşhurlaşan alimin xərçəng xəstəliyinə münasibəti də maraqlıdır. Onun fikrincə "Xərçəngin müalicəsi heç zaman mümkün olmayacaq. Çünki onu insan özü yaradıb. İnsan nə vaxt siqaranı unutsa, bu xəstəlik də bitəcək. Siqara bu xəstəliyi yaradan səbəblərin tam yarısıdır."
Səncərin dinə münasibəti də maraqlıdır.:"Mən müsəlmanam və Allaha inanıram. Təkamülə inanmaq kimi bir şey yoxdur. Allaha və elmə eyni baxmaq olmaz. Onlar ayrı ayrı şeylərdir. Təkamül bir gerçəkdir və inam məsələsi deyil."
Nobel mükafatçısı Sancar əsl türkdür. "Nobel mükafatını, bütün elmi uğurlarımı Türkiyədə sülh üçün verərdim" deyirdi. Təsəvvür edin ki, o, bu ödülünü "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir." deyərək hədiyyə edir. Aldığı digər medal və sertifikatı da Anıtqəbirə bağışlayır. Bu mükafat Anıtqəbirdə ayrılmış xüsusi yerdə Atatürk və Qurtuluş müharibəsi muzeyində ziarətçilərə nümayiş olunur.
Onun hansı millətdən olması həmişə müzakirə mövzusu olub. Əziz Səncər BBC-nin "türk və ya yarı ərəb" olub-olmadığı bağlı sualına "Mən onlara nə ərəbcə, nə də kürdcə danışmadığımı və türk olduğu" cavabını verir. Hüceyrəsinə qədər türk olduğunu "Mən türkəm" deməklə bütün dünyanı şaşırdır.
Əslində isə Əziz Səncər Orta Asiyadan köçmüş Oğuz türklərindəndir. Ailəsi Xorasandan Mardinə köç etmiş Oğuz türklərinin Xas qolundan idi. Və aldığı Nobel mükafatı da bütün Türkiyə üçün bir qürurdur. Səncər gəncliyində millətçi olaraq fəaliyyət göstərsə də sonralar elmə daha çox həvəs göstərib.
Səncər bütün çıxışlarında irq-ayrı seçkiliyə qarşı kəskin şəkildə münasibətini bildirib. Başına gələn aşağıdakı hadisə də bu mənada bu münasibətin bariz nümunəsidir:
Los-Ancelesdə alış-veriş edirdim, çıxışda kassir qız soruşdu:
- Siz haralısınız?
- Türkiyəli, türkəm.
- “Midnight Express” filmini izlədim. Siz türklər faşistsiniz.
- Xanım, mən isə Naqasaki və Xirosimanı izlədim, amma bu film deyildi
Onun həyat yoldaşı xristiandır. Əziz Səncər, Dallas doktorantura təhsili zamanı tanış olduğu Qven Bouls Səncər ilə ailə qurub.
O, Azərbaycanı sevən bir şəxsdir. Bu da yəqin onun kökünün oğuz türlərindən gəlməsi ilə bağlıdır. Əziz Səncər dəfələrlə Azərbaycana və azərbaycanlılara sevgisi bəyan edib: “Azərbaycana və azərbaycanlılara xüsusi sevgim var. Məhz bu səbəbdən Azərbaycan elminə töhfə vermək istəyirəm. Azərbaycan türk yurdu.
Baba Allahnəzərov















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]