Səfəvilərin Şirvan və Təbriz qətliamları
9-09-2026, 15:34

Səfəvilərin Şirvanda kütləvi qətliam törətməsi ilə bağlı məlumat verən Hürşah ibn Qubad əl-Hüseyni şah Təhmasibin hakimiyyəti zamanı, yəni 1545-1565-ci illərdə Hinsitandakı Əhmədnaqar sultanlığının Səfəvi dövlətində səfiri olub. Ona görə də onun "Tarix-i elçi-yi Nizamşah" əsərində Şirvandakı qətliamlarla bağlı yazdığı məlumatlar doğru hesab edilə bilməz. Ən azından ona görə ki, müəllif həmin hadisələrin şahidi olmayıb, haqqında məlumat verdiyi hadisələr özündən yarım əsr əvvəl baş verib. Digər tərəfdən, Hürşah ibn Qubad əl-Hüseyninin verdiyi bu məlumatları dövrün digər qaynaqları təsdiq etmir.
Səfəvilərin Təbrizdəki qətliamları ilə bağlı vesesiyalı səyyah Covanni Mario Ancolello öz səyahətnaməsində məlumat vermişdir. Antisəfəviçilər bu adamın guya şah İsmayılın hakimiyyəti zamanı Təbrizdə səfir olduğunu və həmin qətliamların canlı şahidi kimi gördüklərini öz səyahətnaməsində yazdığını bildirirlər. Lakin həmin müəllifin Təbrizdə səfir olması barədə nə Səfəvi, nə də Venesiya sənədlərində bir kəlmə də məlumat yoxdur.
Bəs o zaman Covanni Mario Ancolello kimdir? Bu şəxs Fateh Sultan Mehmetin hakimiyyəti dövründə (1451-1481) osmanlılar tərəfindən əsir alınmış və Ağqoyunlulara qarşı müharibələrdə osmanlı ordusunda xidmət etmişdir. 1483-cü ildə isə Venesiyaya geri qaçmış və həmin tarixdən haqqında heç bir məlumat yoxdur. Onun Səfəvi dövlətində səfir olması da uydurmadır. Müəllifin şah İsmayılın hakimiyyəti zamanı (1501-1524) Səfəvi ölkəsinə səfər etməsi ilə də bağlı konkret fakt yoxdur, çünki yuxarıda dediyim kimi, adam 1483-cü ildə Venesiyaya qaçmış və bir daha haqqında məlumat əldə olunmamışdır.
Covanni Mario Ancolellonun qeyd olunan səyahətnaməsi 1520-ci illərdə Venesiyada yazılıb. Əsər əsasən ananonim venesiyalı səyyahın əsərindən və məşhur osmanlı tarixçisi Kamal Paşazadənin "Təvarixi-i Al-i Osman" əsərindən alıntılardan ibarətdir. Çünki "Təvarixi-i Al-i Osman" əsəri 1517-ci ildə italyan dilinə tərcümə olunmuşdu. Müəəlif də bu əsərdən geniş ölçüdə faydalanmışdır.
1. Səfəvi dövlətində səfir olan bir şəxs öz əsərində Osmanlı tarixçisinə və digər Venesiyalı səyyaha istinad etmək ehtiyacı hiss edərdimi?
2. Səfəvi dövlətində səfir olan bir şəxs öz əsərində Şah İsmayılın Təbrizi 1499-cu ildə ələ keçirməsini yazardımı?
Gerisini özünüz düşünün...
Елбрус Вахидов

