Rusiya-Ukrayna konflikti... Bu dəfə sülh şansı görünür.

7-09-2026, 10:17           
Rusiya-Ukrayna konflikti...   Bu dəfə sülh şansı görünür.
Bu gün yenidən ABŞ-Rusiya arasında Ukrayna konfliktinin həlli ilə bağlı danışıqlara başlanıb. Putin Trampın elçiləri-Vitkov və Kuşneri qəbul edib, deyib: "vəziyyət, şübhəsiz ki, çətindir və biz bu gün məsələnin həll yollarını aramalıyıq.".
Dünən isə, Putin çıxışında Ukrayna ilə birbaşa danışıqların lazımlı olduğunu söyləyib. Əvvəl isə, yalnız başqa dövlətlər vasitəsilə istəyirdi
Zelenskiy də dünən çıxışında bu danışıqların, ədalətli sülhün vacib olduğunu bəyan edib. Və Ukrayna və Rusiya tərəf hər ikisi bu danışıqlar dövrü atışmaml durdurub atəşkəs elan ediblər
Bir diqqətçəkən hal da odur ki, Kemldə danışıq iştirakçısı Putinin xarici investisiya və iqtisadi əməkdaşlıqlar üzrə xüsusi nümayəndəsi, Kirill Dmitriyev də iştirak edib. Yəni İqtisadi.məsələ
Nə gözləmək olar, bu dəfə?
Hansısa dəfə, axır ki, pozitiv nəticə olmalı idi. Məncə bu dəfə ola bilər. Rusiya və Ukrayna da artıq yorulub bu üzücü müharibədən. Yorulma isə, sülhə gəlmənin əsas şərtlərindən birsidir. Ya hansı tərəf qələbə çalanda, ya da müharibə saqqız kimi uzanıb, irəliləyiş olmayan, yorğun hal danışıq və sülhə gətirir. Tarixən belə olub.
Sülh necə ola bilər, təxminimlə?
Fikrimcə, Donbass (Donetsk və Luqansk) həm də Krım əraziləri Rusiya nəzarətində qalmaqla, dayanıqlı atəşkəs olar. Paralel olaraq Rusiya və ABŞ arasında Rusiyaya böyük investisiya üzrə layihələr başlanar. Eyni zamanda Ukraynaya da təbii ki, ölkəni dirçəltmək böyük Qərb layihələri.
Bir müddət, neçə illər keçəndən sonra Rusiya dirçələ və ölkəyə mütərəqqi hakimiyyət gələrək, (ya elə Putin özü də) Rusiya Ukraynanın qalan ərazilərini tərk edər. Təxmini Bişkek Protokolu, Ermənistanın (Rusiya ilə birlikdə) nəzarətində olan Qarabağ torpaqlarının tam Azərbaycana qayıdışı kimi. Bizdə bu, müharibə ilə baş tutdu, Ukraynada xoşluqla ola bilər, zaman, şəraitlə.
Başqa yol, variant görmürəm, müharibə daha da qızışıb, nüvə silahı faciəsilə bitməsin deyə. Qərb Ukraynanı verən deyil, Rusiya da marağı, ya məğlub olmasa ərazidən çıxıb gedən deyil. Amma sülh sazişi prosesi də, xeyli çəkə bilər.
Ilqar Altay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]