Bir dini, bir inancı şillə təpiklə qorumalı olursansa, deməli, sənin heç özün ona inanmırsan.

7-09-2026, 11:34           
Bir dini, bir inancı şillə təpiklə qorumalı olursansa, deməli, sənin heç özün ona inanmırsan.
Çevik mövzusu açılmışkən bir-iki ana mövzuya toxunum...
1. Nədənsə bizim dindarlar elə hesab edirlər ki, yeganə həqiqət onların inanclarıdır, hansı ki, dünyanın ən çox məskunlaşılan ölkəsi Çin və Hindistanda tamam fərqli inanclar mövcuddur, içlərində siçan məbədləri daxil.
2. Bir dini, bir inancı şillə təpiklə qorumalı olursansa, deməli, sənin heç özün ona inanmırsan. İnansan, əks fikirlərin sənə zərrə təsiri olmaz, necə ki, siçanlara inanan məndə gülüş doğurur...
3.Dinini bilsən, anlayarsan ki, Çeviki də, Buddaya inananı da, inəyə, siçana sitayiş edəni də sənin inandığın Allah yaradıb. Allah isə boş yerə heç nəyi, heç kimi xəlq etməz. Yarpaq belə onun izni olmadan düşmürsə, sən kimsən ki, Çeviki döyərək Allaha üsyan edəsən ki, bunu niyə yaratmısan?
4. Bir inəyə, siçana inanan gəlib səni döysə ki, Allah mənim sitayiş etdiyimdir. Sən kafirsən. Bu halda necə olacaq? Həmin adam haqlımı olacaq?
5. Allah Quranda nə deyir? Düşünməzmisiniz, təfəkkür etməzmisiniz? Görünür, bəzi dindarlarımız düşünmür, təfəkkür etmir...
6. Və zəruri qeyd. Mən Allaha inanıram, səmavi və qeyri səmavi dinlərin kitbalarını oxumuşam. Ona görə özümü daha çox deist hesab edirəm.
Düşünürəm ki, kimsə yaradıcı qüvvənin adından ehkam kəsə, onun adıyla cəza verə, özünü onun hamisi elan edə bilməz. Sonsuz qüvvənin sənin ehkamına yox, ibadətinə ehtiyacı var. İbadətini et, doğru bildiyini danış, doğru bildiyini təbliğ et, əməlinlə, sözünlə, duruşunla. Şillə təpiklə ancaq öz inancına xələl gətirə bilərsən...
Hörmətlə, Sadiq Musa..












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]