Beləcə, onlar bu idbarlıq, çirkinlik, üzədurmaq və adam satmaqla gənc bir şairin ölümünə imza atırlar.
5-09-2026, 10:04

Azərbaycan Yazıçılar Birliyinin sədri olmuş, yazıçı, tərcüməçi Seyfulla Şamilovu, ədəbiyyat tarixində təkcə ədəbi fəaliyyəti yox, həm də çirkin siyasi fəaliyyətinə görə xatırlamaq lazımdır.
Lap daha dəqiq, Mikayıl Müşfiqin ölümünə görə.
Repressiya dövründə sürgün belə edilən Seyfulla Şamilov, “Leninin pedaqoji üsulları", “Dördüncü il", Laçın", ”Nigarın məcarası" kimi kitabların da müəllifidir.
Ancaq tarix onun kitablarını ədəbiyyat olaraq xatırlamır.
Maraqlıdır, bəs o, eyni zamanda həm də hansı siyasi çirkin əməllərə sahib olub?
Konkret desək, o, Mikayıl Müşfiqin əleyhinə ən kəskin və birbaşa ifadə verən şəxslərdən biridir.
Daha dəqiq, Seyfulla Şamilov birbaşa olaraq NKVD-yə verdiyi ifadədə Müşfiqi "əksinqilabi müsavatçı gənclər təşkilatının üzvü" olmaqda ittiham edib.
Başqa sözlə desək, üzünə durub.
Bəli, 29 yaşında öldürülən gənc Müşfiqin batırılmış qanında onun qələm tutan əlləri var.
Bəs o bunu edəndə nələrə əl atırdı?
Əlbıttə, gülünc və bir o qədər də iyrənc yollara.
Təsəvvür edin, Seyfulla Şamilov Müşfiqə qara yaxmaq üçün əsərini nəzərdə tutaraq demişdi:
“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quşla maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır?! Bizim sovet qəhrəmanları ilə maraqlanmır?! Bax, bu Səməndər sizin fikrinizə haradan gəlib?! Sən bu gün sovet ədəbiyyatını ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir ki, bunu yazasan?”.
Bəli, etməyə düzəməlli bir ittiham tapa bilməyən Seyfulla Şamilov, özünü həm də tarix qarşısında bu qədər güldürməyi bacarmışdı.
Üstəlik, bu proses zamanı, yəni daha desək, Müşfiqin konkret olaraq həbs motivində başqa məsələ də var idi.
Belə ki, Mikayıl Müşfiq Məmməd Rahim, Mehdi Seyidzadə, AYB sədri Seyfulla Şamilov və şair Mikayıl Rzaquliyevlə “Azərnəşr”in binasında olan zaman etdiyi bir hərəkət və sözə görə ölümə məhkum edilir.
Məsələ bu idi ki, Mikayıl Müşfiq bu adamları “Azərnəşr”in binasında oturub söhbət edən zaman Stalinə şeirlər və mədhiyyələr dediklərini görüb.
Mənzərəyə ironik yanaşan Müşfiq, ayağa qalxaraq Stalinin heykəlinə yaxınlaşır və onun başına vuraraq “bir gün sənin də boğazına zəncir keçirib bu heykəlini ayaqlar altına atacaqlar” deyib.
Onlar isə bunu görən kimi oradan uzaqlaşaraq NKVD-yə gediblər.
Vaxt itirmədən teleqram vururlar ki, bəs Mikayıl Müşfiq Stalini təhqir etdi, tədbir görün.
Beləcə, onlar bu idbarlıq, çirkinlik, üzədurmaq və adam satmaqla gənc bir şairin ölümünə imza atırlar.
Orxan Saffari

