Alternativ düşüncələrə yer olmasa, gələcəkdə bizi gözləyən ölkənin adı indiki Əfqanıstan olacaq.

4-09-2026, 17:45           
Alternativ düşüncələrə yer olmasa, gələcəkdə bizi gözləyən ölkənin adı indiki Əfqanıstan olacaq.
Məsələni dindar-ateist qarşıdurması kimi təqdim etmək, yumşaq desəm, gələcəyə kor gözlərlə baxmaqdır.
Biz hər kəsin hər şey haqqında öz fikirlərini təhlükə hiss etmədən deyə biləcəyi cəmiyyət quruculuğu ilə məşğul olmalıyıq.
Dindar-ateist qarşıdurması kimi kök salan bir düşüncənin nəticəsi nə ola bilər? Bu gün güc dindarların tərəfindədir, ateistləri döyürlər, sabah tərsinə olsa, ateistlər dindarları döyəcəklər.
Bunun məzhəbçilikdən, təriqətçilikdən heç bir fərqi yoxdur. Yeganə fərq qarşı duran tərəflərdən birinin inancsız olmasıdır. Bu düşüncə üzərində abırlı bir gələcək inşa etmək olmaz.
Bu, sadəcə, bir bataqlıqdan çıxıb başqa bir bataqlığa düşmək deməkdir.
Gələcəyə gedən yol ateizmdən keçirmi? Əlbəttə ki, xeyr! Ateizm bizə alternativ düşüncə kimi lazımdır. Alternativ düşüncələrə yer olmasa, gələcəkdə bizi gözləyən ölkənin adı indiki Əfqanıstan olacaq.
Игидай Дадашов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]