Bir daha dünən anım günü olan Tağıyev və onun İbrətamiz sözləri, qızı Sürəyya xanıma elçi düşən Nuru paşa haqqında...

3-09-2026, 12:14           
Bir daha dünən anım günü olan Tağıyev və onun İbrətamiz sözləri,  qızı Sürəyya xanıma elçi düşən Nuru paşa haqqında...
1.“Hacı Zeynalabdin Tağıyev onun qızların təhsil alması fikrinə qarşı çıxan mollalara cavab verir:
Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi
gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur.”
Manaf Süleymanov - "Eşitdiklərim, oxuduqlarım, gördüklərim"
2. Nuru Paşa Hacının qızı Sürəyyanı özünə həyat yoldaşı etmək üçün Hacıya müraciət etsə də xahişi rədd edilir. Nuru Paşa hətda sonralar "Sürəyya "şerini də yazır.
Qızı Sürəyyanın dedikləri: Buxara Əmiri məni çağırıb, zərli-zibalı çapanın qoltuğundan çıxardığı uzunsov brillyant qaşlı üzüyü barmağıma taxdı. Barmağım nazik, üzük iri,
qoydu ovcuma.Üzüyün qaşı ən azı iyirmi karat olardı. Şəfəqdən göz qamaşırdı. Bərq vurduqda min bir əlvan rəngə çalırdı. Atam Buxara Əmirinin xahişini rədd etdi, dedi ki, mən qürbətə, Bakıdan kənara qız vermərəm, övladlarım gözümün qabağında olmalıdır. Buxara Əmiri üzüyü
dala almamışdı. Hacı nə qədər təkid etmişdisə, Əmir demişdi ki, biz nişanı, bir də bəxşişi geri almırıq.Nuru paşaya da Buxara Əmirinə verdiyi cavabı vermişdi:Nuru paşa evimizdə ziyafətdə olanda bir neçə türk şeiri oxudu. Adım Sürəyyəyə uyğun bir şeir də oxudu, özü də sevinə-sevinə, gülərüzlə, o da yadımdadır:
Çox qədim zamanlarda
Bizim ana Turanda
Lahıdud Türküstanda
O müqəddəs torpaqda
Bir Pəri qız varmış
İsmi Sürəyyə imiş,
Sevgilər ulduzuymuş,
İgidlər qibləsiymiş.
...“Əh!” deyə susdu, çöhrəsindəki ələm buludları daha da qatılaşdı, söhbətin mövzusunu dəyişdirdi.
Əşir Bəşiroğli. "Hamının sevimlisi"kitabından.
Sözardı: Sürəyya xanım Dərbənddən olan mühəndis Əsəd bəy Abdullayev ilə ailə qurmuşdur.Övladları və Nəvələri: Onun bu evlilikdən olan övladları və nəvələri haqqında məlumatlar mövcuddur; məsələn, qızı Dilarə Abdullayeva Azərbaycan Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) aspiranturada təhsil almışdır. Sürəyya xanım haqqında "Keçmişə səyahət "adında kitab var.Bu hadisədən sonra Nuru Paşa uzun illər ailə qurmadı. 1946-cı ildə, ölümündən üç il əvvəl Misirin saray ailəsindən olan İffət xanımın qızı Misli Mələk xanımla ailə qurdu. Bu zaman Nuru paşanın 56 yaşı var idi. Misli Mələk xanım isə 45 yaşında idi. Onların övladları qalmamışdır.
Baba Allahnəzərov














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]