Ali təhsilsiz fizik Faradey və ya o fizikanı kitabları cildləyərkən oxuyaraq öyrənmişdi

8-09-2026, 12:14           
Ali təhsilsiz fizik Faradey və ya o fizikanı kitabları cildləyərkən oxuyaraq öyrənmişdi
Michael Faradey kasıb ailədə böyümüş, sistemli ali təhsil almamışdı. 14 yaşında kitab cildləyən ustanın yanında şagird işləməyə başladı. Əlinə düşən kitabları sadəcə cildləmirdi, onları oxuyur, qeydlər aparır və evdə kiçik təcrübələr edirdi.
Sonradan Humphry Davy-nin mühazirələrinə qatılması onun həyatını dəyişdi. Laboratoriyada köməkçi kimi başlayan Faradey elektromaqnit induksiyasını kəşf etdi, elektrik mühərriki və generatorunun elmi əsaslarının formalaşmasına böyük töhfə verdi.
Bu gün elektriklə işləyən dünyanın təməlində universitet diplomu olmayan həmin kitab cildləyən şagirdin kəşfləri də dayanır.
Elm bəzən insana verilən imkanlardan yox, onun imkanları necə istifadə etməsindən başlayır.
Neandertal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]