Onun N.B.Yusifbəyliyə yazdığı şikayət məktubu az sonra "Azərbaycan burjuaziyasının manifesti."adlandı.

2-09-2026, 08:34           
Onun N.B.Yusifbəyliyə yazdığı şikayət məktubu az sonra "Azərbaycan burjuaziyasının manifesti."adlandı.
102 il ötdü yoxluğundan ...Sabah bənna baltasını başının üstündən asan dünyaca məşhur Bakı milyonçusu və millət atası Hacı Zeynaləbdin Tağıyevin vəfat günüdür.
Hacı Zeynalabdin Tağıyev haqqında bəzi bilgiləri vermək istəyirəm. məlumat üçün bildirim ki, Gəncə yaxınlığındakı səfalı Hacıkənd Hacı Zeynalabdinin şərəfinə Hacıkənd adlandırılıb. Bu yerin tarixi adı Xirək olub.
Günlərin birində Hacı Zeynalabdinin Gəncədən olan Hacının dostlarından biri onu Azərbaycanın dilbər guşələrindən birinə - Xirək kəndinə qonaq dəvət edir. Hacı Zeynalabdin Allahın yaratdığı bu gözəllikdən çox məmnun qalır. Dostu da ona burada həyətyanı torpaq bağışlayır. Hacı Zeynalabdin bu hədiyyəni böyük sevinc və məmnuniyyətlə qəbul edir, burada bir sıra abadlıq işləri ilə (yol, su çəkdirir, məscid inşa etdirir və s.) məşğul olur. Qədirbilən Gəncə əhli sonradan Xirəki Hacıkənd adlandırmış və burada Hacı Zeynalabdinin şərəfinə abidə ucaldırlar.
İndisə gəlin, yazının birinci cümləsinin ardını gətirməyə çalışaq. Bildiyiniz kimi, H.Z.Tağıyevin və digər neft milyonçularının Azərbaycan Cümhuriyyətinə olan münasibəti həmişə hamar olmayıb. Hətda bu "hamar" münasibətlərin Azərbaycan Cümhuriyyətinin süqutuna təsir edən başlıca səbələrdən biri kimi qəbul edirəm. İş o yerə gəlib çıxmışdı ki.bu gün vəfat günü olan böyük H.Z.tağıyev hökumət başçısı N.B.Yusifbəyliyə məktub da ünvanlamışdı və bu sənəd bu günümüzə kimi "Azərbaycan burjuaziyasının manifesti" adlanır.
Niyə görə belə adlnırdı?!
Məsələ onda idi ki, Azərbaycan Cümhuriyyəti dövründə, xüsusilə 1919-cu ildə ölkədəki ağır böhranı, spekulyasiyanı (həddindən artıq bahalaşmanı) və qıtlığı aradan qaldırmaq üçün dövlət iqtisadiyyata müdaxilə etmək məcburiyyətində qalmışdı. Hökumət tərəfindən:
1.Sənaye və daxili-xarici ticarət üzərində sərt dövlət nəzarəti (inhisarlaşma/monopoliya tendensiyaları) tətbiq edilirdi.
2.Ərzaq və strateji məhsullara sabit qiymətlər sistemi gətirilmişdi.
3. Sahibkarların sərbəst ticarət imkanlarını məhdudlaşdıran qadağa sistemləri tətbiq olunurdu.
H.Z. Tağıyev başda olmaqla Azərbaycanın yerli sahibkarları və milli burjuaziyası dövlətin bu addımlarını bazar iqtisadiyyatı prinsiplərinə zidd, azad sahibkarlığı boğan və iqtisadi dirçəlişə mane olan bir siyasət kimi qiymətləndirirdilər.
Məktubun tam mətni https://www.elibrary.az/docs/jurnal/jrn2018_137.pdf
Gördüyünüz kimi, iqtisadi məsələlərə hökumətin və milli burguaziyanın, daha doğrusu ölkənin orta təbəqəsinin fərqli baxışları var idi. Yəni vaxt malın fabrikdən alınıb-satılması ilə bağlı qiymətlər nəzərdə tutulmuşdu. Tağıyevi və digər iş adamlarını bu qane etmirdi. Bildirirdilər ki, bu, bazar qanunlarına uyğun deyil. Yazırdı ki, onlar bununla iqtisadiyyatı uçuruma aparırlar. Sonra hökumət xariclə müqavilə bağlanmasında sənədləşmənin hökumətin bürokratik aparatından keçməini şərt kimi qoyurdu. Tağıyev isə hesab edirdi ki, bu vaxtın uzadılması ilə nəticələnəcək. Əslində onun bu fikrində də rasionallıq var idi. Ancaq onu da deməliyik ki, hökumət bu addımları iqtisadi durğunluq şəraitində atırdı. Tağıyevin məktunda bir maraqlı məsələ də var idi. O, yazırdı: “Əgər dövlət iqtisadi cəhətdən möhkəmlənməsə, özündən güclü qonşuların əsarəti altına düşə bilər”. Həqiqətən də cümhuriyyətin iqtisadi vəziyyəti pis idi. Pusiya ilə iqtisadi əlaqələr pozulmuşdu, neft isə satılmırdı, anbarlarda saxlanılırdı. Ona görə də bolşeviklər hakimiyyətə gələndən sonra elə aprelin 29-da ilk neft partiyasını Volqaya göndərdilər. Tağıyev 1918-ci ilin mart soyqırımı zamanı müsəlman əhaıiyə böyük yardım göstərmişdi.
Milli burjuaziya böhrandan çıxmaq üçün liberal bazar iqtisadiyyatına əsaslanan alternativ yollar təklif edirdilər.
Bu hansı yollar idi?
1. Azad Ticarət və Qiymət Liberalizasiyası.
2. Xarici Ticarət İnhisarının Ləğvi (Gömrük Siyasətinin Yumşaldılması)
3. Dövlət İdarəçiliyində Bürokratiyanın və Müdaxilənin Azaldılması
4. Güzəştli Vergi və Kredit Siyasəti vasitəsilə İstehsalın Təşviq
Nəsib bəy Yusifbəyli hökuməti liberal prinsiplərə hörmətlə yanaşsa da, ölkənin içində olduğu hərbi vəziyyət, aclıq təhlükəsi və inflyasiya səbəbindən Tağıyevin və digər sahibkarların bu "saf kapitalizm" təkliflərini tam tətbiq edə bilmədi. Hökumət hesab edirdi ki, tam azad bazar şəraitində spekulyasiya (bazar möhtəkirliyi) daha da artacaq və yoxsul əhali təbəqəsi tamamilə ac qalacaq.Buna görə də, AXC rəhbərliyi sahibkarların etirazlarına baxmayaraq, dövlət nəzarəti ilə azad bazar arasında birtəhər kompromis tapmağa çalışdı, lakin 1920-ci ilin aprel işğalı bu iqtisadi diskussiyaları birdəfəlik yarımçıq qoydu...
Hacının M.Ə.Rəsulzadə ilə münasibətləri arasında dərin tarixi, mənəvi və ideoloji bağlar olmuşdur. arasında dərin tarixi, mənəvi və ideoloji bağlar olmuşdur. Hacı vəfat edəndə mühacirətdə olan Rəsulzadə "Azəri" jurnalında "Hacı Zeynalabdin" adlı geniş nekroloq-məqalə dərc etdirmişdi. Rəsulzadə bu məqalədə Hacının şəxsiyyətinə çox yüksək qiymət verərək belə yazırdı: "Hacı, yalnız maddətən deyil, mənən də milyoner idi. O, heyrət və həssənatı (gözəl işləri) ilə məruf (məşhur) bir sima idi. Azərbaycan tərəqqi və irfan (bilim) tarixində Hacının tutduğu mövqe bülənt (uca), bu xüsusda göstərdiyi fədakarlıqlarla mütənasibdir."
Rəsulzadənin gözü ilə baxdıqda, H.Z. Tağıyev təkcə varlı bir neft sənayeçisi deyildi. O, Azərbaycanın milli oyanış dövrünün, mədəniyyətinin və iqtisadi intibahının ən parlaq sütunlarından biri idi.
Rəsulzadə qeyd edirdi ki, Azərbaycanın tərəqqi tarixini, onun kapitalizm və burjuaziya dövrünü araşdıran hər bir tarixçi istər-istəməz Tağıyev adı üzərində dayanmağa məcburdur.
Rəsulzadə həmişə olduğu kimi bu məsələdə də haqlı idi.
sözardı1/ H. .Z. Tağıyevin şəninə o dövrün bütün böyük ədibləri,ədəbiyyatçıları müsbət fikirlər yazıblar.
Sizlərə M.Ə.Sabirin ona həsr etdiyi şeri təqdim edirəm. Xatırladım ki, dahi bəstəkarımız Ü.Hacıbəyov da Tağıyev şəxsiyətindən yan keçməyib və onun haqında "general Tağıyev "marşını yazıb. Dəfələrlə ifa olunub.
Elmə yol açdın, ey millətpərvər,
Hacı Zeynalabdin, ey taci sər.
Vətənin qızların elmə bağladın,
Vətənə, ümmətə, millətə pərvər.
Müzəyyən eylədin kəlbi nadanı,
Mərhəmətli ata, maarif göstər.
İrana, Turana, türkə, tatara,
Səxavət eylədin, oldun müzəffər.
Hər kəs səni sevər, millətin canı,
Çünki sən onlara olmusan rəhbər.
Üzün sənin görüb, sözün eşitmək,
Cana səfadır, ey qəlbi münəvvər,
Ta həsrə qədər yadigar qoydun,
Tarüxül aləmə yazdın bir əsər,
Dillərdə yad olar, yanında qalar,
Çox söz var, amma bu şərafət
Ancaq sənə müyəssər.
sözardı2.sözardı: Bütün bunlara rəğmən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarovun obyektivliklə qələmə aldığı "Səxavət dünyasının sərvəri" oxumağınızı məsləhət görürəm.
Qeyd edim ki, Müsavat partiyası Tağıyevin məzarını bir neçə il öncə ziyarət edib. H.Z.Tağıyevin məzarı önündə çıxış edən Müsavat başqanı İsa Qəmbər onun Azərbaycan üçün əvəzolunmaz xidmətlərindən, milli burjuaziyanın yaradılmasında töhvələrindən, səxavətli bir insan olmasından, milli iqtisadiyyatın formalaşmasında mühüm rolu olduğunu bildirib. Bundan başqa o, Tağıyevin qızı Sara xanımın azablı ömrünü, yoxsuluq içində keçirməyini vurğulayıb.
sözardı3./yazıda Chatgpt-ın məlumatlarından istifadə olunub.
Baba Allahnəzərov
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]