Sağıcı oğlu, sağıcı əri - 32 ildir prezident olan 72 yaşlı Lukaşenko haqqında ən maraqlı 25 fakt.

7-09-2026, 16:04           
Sağıcı oğlu, sağıcı əri -
Ən yeni tarix. Maraqlı faktlar.
30 avqust Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun doğum günüdür.
O, bir neçə dəfə ad gününün avqustun 31-də, oğlu ilə eyni gündə olduğunu açıqlasa da, prezidentin rəsmi anketində bu tarix 30 avqust göstərilir.
32 il prezident kürsüsündə əyləşən 72 yaşlı Aleksandr Lukaşenko haqqında ən maraqlı 25 faktı təqdim edir.
1. Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Orşanski rayonunun Kopıs qəsəbəsində anadan olub.
2. Uşaqlıqdan atasız böyüyən Aleksandr Lukaşenko anasının soyadını daşıyır.
3. Anası Yekaterina Trofimovna 20 ildən artıq bir müddətdə kənddə sağıcı işləyib.
4. Lukaşenko orta məktəbdə ən nadinc, şuluq şagirdlərdən biri sayılıb, hətta onun adı yerli milis şöbəsində qeydiyyatda olub.
5. Hərbi xidmətini Dövlət Təhlükəsizliyi Komitəsinin sərhəd qoşunlarında keçirib.
6. Aleksandr Lukaşenko ixtisasca tarixçi və iqtisadçıdır. O, Moqilyov Dövlət Pedaqoji İnstitutunun tarix, Belarusiya Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirib.
7. 72 yaşlı prezident 32 ildir ölkəsinə rəhbərlik edir. O, Belarus Respublikasının ilk və hələ ki yeganə prezidentidir.
8. Aleksandr Lukaşenko milli mətbəxin təamlarına üstünlük verir. Prezidentin qida rasionuna əsasən kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir.
Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq şirniyyat məhsullarının qəbuluna məhdudiyyət qoyur.
Lukaşenkonun bununla bağlı tez-tez işlətdiyi ifadə də var: “Tort yemək əladır, amma indi buyur 3-4 kilometr xizəklə, yaxud roliklə sürüş”.
9. Lukaşenkonun ən çox sevdiyi məşğuliyyət hokkey oynamaqdır. Belarus prezidenti gənc yaşlarından bu idman növünə üstünlük verib. O, buz meydançaya 1 nömrəli forma ilə çıxır.
10. Aleksandr Lukaşenko hokkey həvəskarı olsa da, arabir futbol meydançasına da öz məharətini göstərir.
11. Prezidentin digər sevdiyi idman növü isə dağ xizəyidir.
12. Lukaşenkonu ölkəsində “Batka” (ata) adlandırırlar. Onun bu ada münasibəti müsbətdir və o, bununla bağlı fikrini belə bölüşüb: “Mən xalqın içərisindən çıxmışam, ona görə də bu adı təbii və normal qəbul edirəm...”
13. Lukaşenko 1975-ci ildə Qalina Rodionovna ilə ailə həyatı qurub. Amma uzun illərdir ki, onlar birlikdə yaşamırlar. Qalina kənddə yaşayır, öz inəklərini saxlayır. Prezident mətbuat konfranslarının birində bununla bağlı açıqlama verib: “Qalina Lukaşenko kənd həyatını daha çox sevir...”
14. Prezident Lukaşenko 3 oğul atasıdır. 7 nəvəyə babalıq edir.
15. Lukaşenko sağlam həyat tərzinə üstünlük verir, 72 yaşlı prezident sağlam, gümrah və enerjilidir.
16. Lukaşenko əsasən “Mercedes Pullman Guard” avtomobilindən istifadə edir.
17. Aleksandr Lukaşenkonun saat seçimində də zövqü pis deyil. Prezident qiyməti 11000-dən 17000 dollar arasında dəyişən “Patek Philippe Calatrava 5120j” saatına üstünlük verir.
18. Lukaşenkonun qarderobu yalnız yerli istehsal geyimlərindən ibarətdir. Lukaşenkonun bütün geyimlərini Prezidentin İşlər İdarəsinin tabeliyində olan “LİNE A” atelyesi tikir.
19. Qısamüddətli məzuniyyətini əsasən ölkəsində keçirən Lukaşenko Soçi şəhərində də istirahətə üstünlük verir.
Onun bu şəhərdə “Belarus” mehmanxanasının yaxınlığında iqamətgahı da var.
20. Lukaşenko prezident iqamətgahının ərazisində olan torpaq sahəsində əkin-biçinlə məşğul olmağa da vaxt ayırır.
21. Prezident zəngin şəxsi kitabxanaya malikdir. Onun kitabxanasında 5 mindən artıq kitab var.
22. Lukaşenko tütün məmulatlarından istifadə etmir, alkoqollu içkilərə meylli deyil.
23. Ən çox sevdiyi və işlətdiyi sitat: “Pişiyin hansı rəngdə olması vacib deyil, vacib olan odur ki, o, siçanı tutur...”
24. Musiqi sahəsində də Lukaşenko gənclik illərində öz məharətini göstərib. Musiqi məktəbini bitirən Lukaşenko peşəkar bayan ifaçısıdır.
25. Prezident Lukaşenko təntənəli və dəbdəbəli ad günü tədbirlərini keçirməyi sevmir. Bu gün onun üçün adi iş günlərindən biri sayılır…
İlham Cəmiloğlu. Показать меньше














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]