Əri ölən Çingiz xanın qızı ondan elə bir xahiş edi ki... - 1 saata bir milyon yeddi yüz min sakin, it və pişik öldürüldü

4-09-2026, 16:14           
Əri ölən Çingiz xanın qızı ondan elə bir xahiş edi ki... -
Nişapur şəhəri müasir dövrümüzdə İran ərazisi olub və tarixdə qanlı hadisə ilə yadda qalıb. Tarixə öz adını qətliamlar ilə yazdıran Monqol hökmdarı Nişapur şəhərini mühasirəyə alaraq bir saat ərzində 1.7 milyon insanı qətlə yetirib. Bu qətliam 1221-ci ildə baş verib, insanlar bu haqda müxtəlif rəvayətlər danışırdılar. Qətliamın belə dəqiq hesablanmasına səbəb mühasirədən əvvəl Nişapur şəhərində əhalinin siyahıya alınmasının həyata keçirilməsi olub.

Bəs, Nişapur qətliamına səbəb nə idi? Səbəbi isə böyük intiqam idi. Əvvəla, qətliamın baş verdiyi dövrə nəzər yetirsək, görərik ki, Çingiz xan hakimiyyətini genişləndirmək üçün Çini işğal etmək istəyirdi.

İşğaldan sonra Çingiz xan ticarət yollarına da nəzarət etmək istəyirdi. Bununla da o, Xarəzmşahlar ilə razılığa gəılmişdi. Bu dövrdə Xarəzmşahlar hökmdarı Ələddin Məhəmməd Çingiz xanın Çindəki hakimiyyətindən qorxuya düşür və tarixə Otrar faciəsi yazılır.

Otrar faciəsinin baş verməsinə səbəb Xarəzmşahların ərazisində yerləşən Otrar vilayətinin başçısı bu ərazidən keçən karvana hücum edərək onu məhv etməsi olur. Bu xəbəri eşidən Çingiz xan vilayətin başçısının onun təslim olmasını istər və karvanı geri qaytarmasını tələb edər.

Çingiz xanın Xarəzmşahlara göndərdiyi elçini Ələddin Məhəmməd öldürür. Çingiz xan bu hadisənin intiqamını almaq üçün öz ordusu ilə Otrar vilayətində Xarəzmşahları darmadağın edir.

Bunun ardınca Çingiz xan Səmərqəndi işğal edir. Ələddin Məhəmməd ölkədən qaçmaq məcburiyyətində qalaraq qərb istiqamətinə gedir. Çingiz xan iki bacarıqlı və etibarlı komandirlərindən olan Cebe və Subutaya Ələddin Məhəmmədi tapmağı tapşırır.

Cebe və Subatay Ələddin Məhəmmədi tapmaq üçün keçdikləri şəhərləri mühasirəyə alaraq şəhəri viran qoyurlar. Son nəticədə onlar Ələddin Məhəmmədi tuta bilmirlər, ancaq bir çox şəhəri işğal edərək dağıdırlar. Rəvayətə görə Ələddin Məhəmməd Xəzər dənizində yerləşən bir adada tək başına vəfat etmişdir.

Bu dövrdə Monqolların məqsədi Nişapur şəhərini işğal etmək idi. Nişapur mühasirəsi zamanı əhalinin edam olunması fərmanı verilir. Bu hadisənin baş verməsinə səbəb isə Çingiz xanın kürəkəni olan Toquçarın nişapurlu bir oxatan tərəfindən yaralanaraq öldürülməsi olur.

Çingiz xanın qızı atasından bütün şəhər əhalisini edam etməsini istəyir. Çingiz xan qızının xahişini nəzərə alaraq Nişapuru işğal etdikdən sonra hər kəsin edam olunma əmrini verir.

Hətta itləri və pişikləri belə öldürürlər. Çingiz xanın kiçik oğlu Tuluy Nişabur əhalisini edam etmə vəzifəsini böyük zövqlə həyata keçirib. Çingiz xanın qızı hətta yaralıların qalmaması üçün onların başlarını kəsib nizələrə keçirirdi. Bir rəvayə görə kəsilmiş başlardan piramida düzəldilib və bu piramidanın düzəlməsi 10 gün çəkib. Rəvayətlərə görə Nişapur şəhərində insan cəsədlərindən nəhəng bir təpə yaradılıb.

Bu qətliamın tam olaraq bir saat ərzində həyata keçirildiyi və 1.7 milyon insanın qətlə yetirildiyi məlum olub.

Bu da 1 dəqiqədə 2900 insanın öldürülməsi deməkdir. Bu qorxunc rəqəm Monqolların intiqamını və vəhşiliyini sübut edir. Nişapur qətliamı Monqolların vəhşiliyinin sadəcə kiçik bir nümunəsidir.

Monqollar ümumi olaraq 40 milyon insanı qətlə yetiriblər. Nişapur hadisəsi isə bunun kiçik bir hissəsidir. Nişapur hadisəsi Çingiz xanın adı ilə əlaqəsi olsa da, əslində bu hadisə baş verən müddətdə Çingiz xanın bu şəhərdə olduğu barədə bir sübut yoxdur.

Sadəcə qızının istəyi ilə bu addımı atdığı bilinir. Çingiz xanın özünün də qəbul etdiyi qanunlara görə əgər xalq öz istəyi ilə işğalı qəbul edirsə , onları qətlə yetirmirdi. Bu məsələdə intiqam ön plana çıxdığında bu qanunlar nəzərə alınmadı və şəhərdə bir canlı da qalmamaq şərti ilə hər kəs qətlə yetirildi.

Nişapur mühasirəsində əsgərlərin şəhəri uğurla işğal etməsi və bu hadisədə bacarıqlı komandirlərin iştirakı göz önünə çıxır. Çingiz xanın ən etibar etdiyi komandirlərdən biri Cebe haqqında maraqlı bir məlumat var.

İlkin mərhələdə Cebe Çingiz xanın düşməni olub. Döyüşlərin birində Çingiz xanın atı ox ilə öldürülür və Çingiz xan özü də ölüm təhlükəsindən yan keçir. Döyüşdən sonra Çingiz xan atının kim tərəfindən öldürüldüyünü soruşanda Cebe adında əsgər cəsarətlə mən öldürdüm deyir.

Cebenin cəsarətindən təsirlənən Çingiz xan onu öz yanına çağırıb ordunun komandiri təyin edir. Çingiz xanın ölmüş atına qarşılıq olaraq Cebe Çingiz xana yüz at həddiyə edir. Çingiz xanın o dövrdə dünya əhalisinin 11%-ni qətlə yetirdiyi məlum olub. Bu rəqəmin 40 milyon olduğu deyilir.
Kamran Əliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]