YARLIQ

4-09-2026, 16:04           
YARLIQ
Moğolca fərman, hökmdar buyruğu mənasına gələn yarlıq Qızıl Orda xanları tərəfindən rus knyazlarına verilirdi. Yarlıqlar rus knyazlarının vassal idarəetmə səlahiyyətlərini təsdiq edən rəsmi sənəd hesab olunurdu. Qızıl Orda xanları həm böyük knyaza, həm də ona tabe olan kiçik knyazlara yarlıqlar verib səlahiyyətlərini təsdiq edirdi. Qızıl Orda imperiyasında böyük knyazlıq əvvəlcə Tver, XIV əsrin ortalarından etibarən isə Moskva oldu. 1453-cü ildə Osmanlının Konstantinopolu fəth etməsi ilə Bizans imperiyası süqut etdi və Moskva knyazlığı tədricən provoslav xristianlığına sahib çıxaraq III Roma statusu qazandı. Eyni zamanda Qızıl Ordanın zəifləməsi ilə başda Moskva olmaqla rus knyazlıqları müstəqil siyasət yürütməyə başladılar. Moskva knyazı III Ivan (1462 - 1505) ilk dəfə olaraq Qızıl Orda xanlarından yarlıq almadan taxta oturdu və zərb etdiyi sikkələrdən Qızıl Orda xanlarının adını çıxartdı. Rusiyanın yaranması da məhz bu tarixdən başlayır.
Елбрус Вахидов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]