Xalq səhiyyəsində işləyən adam qanından keçməyi də bacarmalıdır...

3-09-2026, 16:14           
Xalq səhiyyəsində işləyən adam qanından keçməyi də bacarmalıdır...
"Səhiyyə Komissarlığının növbəti kollegiyası keçirilirdi. Kollegiyada qoyulan məsələlərdən biri ucqar rayon kəndində işləyən bir cərrah barədə idi. Əməliyyat zamanı artıq qan itirmiş hamilə qadın həlak olmuşdu. Bu haqda xəstənin valideynləri komissarlığa məlumat vermişdilər. Cərrah, qadının ölümünün əsas səbəbini xəstəxanada qan əvəzedicisi olmaması ilə izah edir və komissarlığı günahlandırdı. Əziz Əliyev də etiraf etdi ki, respublikada bir çox dərmanlar və o cümlədən, qan əvəzedicisi çatmır. O, cərrahdan soruşdu:
- Bəs özünüzün necə, qanınız normadadırmı?
- Deyə bilmərəm, ancaq narazı deyiləm.
- Mən narazıyam.
- Narazısınız?
- Bəli... Deyin görüm, indiyə qədər Qanköçürmə Mərkəzinə nə qədər qan vermisiniz?
- Nə qədər qan vermişəm?! - Cərrah duruxdu. Söz tapmadı, Əziz dilləndi:
- Siz də soruşa bilərsiniz, mən nə qədər qan vermişəm. İndi gedərik Mərkəzə, öyrənirsiniz...
Kollegiya qurtarandan sonra Qanköçürmə Mərkəzinə getdik. Əziz Mərkəzin girişində rast gəldiyi ağ xalatlı adama bizi göstərib dedi:
Sizə bir qrup donor gətirmişəm. Əməliyyata başlayın.
Özü bizdən 100 qram artıq qan verdi. Öyrəndik ki, həqiqətən donordu. İldə azı bir litr qan verir. Bunu mən də bilmirdim.
Biz Qanköçürmə Mərkəzindən çıxanda cərraha dedi:
Əgər bu 200 qram qanı yerində xəstəxanaya versəydin, əməliyyatın gələcək nəticəsindən asılı olmayaraq, əsl həkimlik nəcibliyi göstərərdin. Hələ həkimlik qəhrəmanlığını demirəm. Xalq səhiyyəsində işləyən adam qanından keçməyi də bacarmalıdır...
Əziz Əliyev hərtərəfli şəxsiyyət idi. Onu bir dəfə görənlər, onunla daim ünsiyyətdə olmaq arzusu ilə yaşayırdılar."
Professor Mustafa Topçubaşovun xatirələrindən.
Fotoda: ictimai xadim, həkim, professor, polkovnik Əziz Əliyev.
Məcid Rəşadətoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]