İlon Mask “Twitter”in əşyalarını hərraca çıxarır - FOTO

11-08-2023, 14:14           
İlon Mask “Twitter”in əşyalarını hərraca çıxarır - FOTO
Multimilyarder İlon Mask “Twitter”ə məxsus əşyaları hərraca çıxarıb.

Məlumata görə, ümumilikdə, satışa 584 lot təqdim olunub. Buraya qəhvə masaları, quş qəfəsləri, onlarla oturacaq, DJ konsolu, musiqi alətləri və s. daxildir.

Hərraca çıxarılan “Twitter” nişanlarından biri hələ də şirkətin San-Fransiskodakı baş ofisinə yapışdırılıb.

Hərraca həmçinin iki yağlı boya tablosu da çıxarılıb. Onlardan birincisi Ellen DeCeneresin 2014-cü il Oskar mərasimində çəkdiyi selfidir. Digəri isə ABŞ prezidenti Barak Obamanın 2012-ci ilin noyabrında yenidən seçildikdən sonra “Twitter”də paylaşdığı fotonun təsviridir.

Əşyaların satışı ilə məşğul olan “Heritage Global Partners” auksion evi lotların minimum qiymətinin 25 dollar olduğunu bildirib.
Hərrac sentyabrın 12-də başlayacaq və iki gün davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]