“Vaqner” hazırda Ukraynada hərbi əməliyyatlarda iştirak etmir - Ağ ev

22-07-2023, 07:51           
“Vaqner” hazırda Ukraynada hərbi əməliyyatlarda iştirak etmir - Ağ ev
“Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) hazırda Ukraynada hərbi əməliyyatlarda iştirak etmir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Koloradoda Aspen İnstitutunun illik təhlükəsizlik forumunda
O vurğulayıb ki, silahlı üsyana cəhdin “Vaqner” ÖHŞ-nin özünün, onun yaradıcısı Yevgeni Priqojının, Rusiya Müdafiə Nazirliyinin, konkret generalların və komandirlərin taleyinə necə təsir etdiyini “heç kim dəqiq deyə bilməz”. Sallivanın sözlərinə görə, “baş verənlərin tam nəticələri” “günlər, həftələr və aylar içində” bəlli olacaq.

“Vaqner” ÖHŞ-nin gələcəyi ilə bağlı suala dəqiq cavab verə bilmərəm. Əminliklə deyə bilərəm ki, o, hazırda Ukraynada hərbi əməliyyatlarda iştirak etmir”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]