12 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib

22-07-2023, 11:54           
12  quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib·
Bu gün Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
Şuranın yeni tərkibdə keçirilmiş ilk iclasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak edib.
Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 30 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər.
Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 12 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib.
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
Məlumat üçün bildirim ki, indiyədək 94 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib.
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
Xatırladıram ki, bu günkü toplantı Ekspertlər Şurasının yeni tərkibdə ilk tədbiridir.
Yeni tərkib mövcud qaydalar çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri əsasında formalaşıb.
Ekspertlər Şurası bu tərkibdə 2 il müddətində fəaliyyət göstərəcək.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]