Kataniya aeroportu 19 iyula qədər bağlı olacaq - VİDEO

18-07-2023, 12:24           
Kataniya aeroportu 19 iyula qədər bağlı olacaq - VİDEO
İtaliyanın Kataniya şəhərinin (Siciliya adası) hava limanında yanğın baş verib.

Məlumata görə, hava limanı bağlıdır. Bütün uçuşlar çərşənbə günü saat 14:00-a qədər (Bakı vaxtı ilə 16:00 – red.) təxirə salınıb.

Qeyd edək ki, yanğın gecə yarısından bir qədər əvvəl başlayıb və səhərə qədər qarşısı alınmayıb. Hava limanının böyük hissəsini qatı tüstü bürüyüb. Bütün sərnişinlər təhlükəsizlik işçiləri tərəfindən təxliyə edilib. İtki yoxdur.
Kataniya hava limanı Siciliyada gündə onlarla təyyarə qəbul edən əsas hava limanıdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]