"Lotu Quli" etiraz edir - "NƏ İSTƏYİRSİNİZ YAZIN, AMMA MƏNİ BURA QATMAYIN..."

19-08-2019, 15:20           
"Lotu Quli" etiraz edir - "NƏ İSTƏYİRSİNİZ YAZIN, AMMA MƏNİ BURA QATMAYIN..."
“Qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov həbsxanaya göndərilən “proqona” onun da adının yazılmasına etiraz edib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Praym Kraym” nəşri məlumat yayıb.

Belə ki, “Lotu Quli” hazırda həbsxanada cəza çəkən “Artur Molodoy” ləqəbli Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib. Həmçinin, adının “proqona” onun izni olmadan yazılmasının izahatını tələb edib.

“Artur Molodoy”un namizədliyini “Kutaisi qruplaşması” dəstəkləyir. “Lotu Quli” də bu qruplaşmaya dəstək verib. Lakin özünün razılığı olmadan adının “proqona” yazılması ciddi narazılığa səbəb olub. O, həmçinin hazırda Rusiyada “qanuni oğru”lara qarşı savaş başlandığını, bu cür müzakirələrin yersiz olduğunu deyib.

“Lotu Quli”nin bu cür reaksiyası “Kutaisi qruplaşması”nın avtoritetlərini məyus edib. N.Səlifovun isə buna reaksiyası belə olub: "Nə istəyirsiniz edin, nə istəyirsiniz yazın, amma məni qatmayın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]