Boris Conson pəri qanadları ilə göründü

8-12-2025, 17:24           
Boris Conson pəri qanadları ilə göründü
Britaniyanın 61 yaşlı keçmiş baş naziri Boris Conson və 37 yaşlı həyat yoldaşı Kerri qızları Rominin dördüncü doğum gününü qeyd etmək üçün şənlik təşkil ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə siyasətçinin xanımı "Instagram"da paylaşım edib.

Şənliyin mövzusu pərilər olub. Cütlük uşaqları ilə birlikdə nağıl personajları kimi geyiniblər.

Boris Conson fotolarda Peter Pan nağılından Tinker Bell obrazında görüntülənib. O, şənlikdə fəal iştirak edib, uşaqları əyləndirib.

Qeyd edək ki, Consonlar birlikdə dörd uşaq böyüdürlər. Boris Consonun daha beş övladı var: Dördü jurnalist Marina Uilerdən, digəri isə nikahdankənar doğulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]