Pendir istehsalında azalma

8-12-2025, 16:14           
Pendir istehsalında azalma
Cari ilin yanvar-oktyabr aylarının statistikasına əsasən, Azərbaycanda pendir və kəsmik istehsalı azalıb.

Hesabat dövründə ölkədə 44 min 261,7 ton pendir və kəsmik istehsal olunub.

Ötən ilin müvafiq dövründə istehsal həcmi 45 min 837 ton təşkil edib.

Beləliklə, illik müqayisədə istehsalda 1 575,3 ton və ya 3,43% azalma qeydə alınıb.

Qeyd edək ki, 1 noyabr tarixinə olan məlumatlara əsasən, hazır məhsul ehtiyatı 47,2 ton olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]