DÇ-2022: Ukrayna Şotlandiyanı məğlub edərək Uelsə rəqib olub - VİDEO

2-06-2022, 08:05           
DÇ-2022: Ukrayna Şotlandiyanı məğlub edərək Uelsə rəqib olub - VİDEO
Şotlandiya və Ukrayna milliləri arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib. "Report"un məlumatına görə, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə bitib.

Komandanın ilk qollarını 33-cü dəqiqədə Andrey Yarmolenko, 49-cu dəqiqədə isə Roman Yaremçuk vurub. 79-cu dəqiqədə Kallum Makqreqor fərqi azaltsa da, meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Əvəzində, 90+5-ci dəqiqədə Artyom Dovbik fərqlənərək görüşdə son nöqtəni qoyub.

Ukrayna finalda Uels seçməsi ilə üz-üzə gələcək. İyunun 5-də Kardiffdə baş tutacaq matç mundiala sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]