Ronaldu Premyer Liqanın rəmzi komandasından kənarda qalıb

24-05-2022, 00:06           
Ronaldu Premyer Liqanın rəmzi komandasından kənarda qalıb
"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında geridə qalan mövsümün rəmzi komandasına düşməyib.

, "WhoScored" statistika saytının tərtib etdiyi siyahıda "Liverpul"dan 6, son çempion "Mançester Siti"dən 3, "Tottenhem"dən isə 2 oyunçu yer alıb.

Saytın versiyasına əsasən, mövsümün futbolçusu adına "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb.

Rəmzi komanda: Alisson Beker, Trent Aleksander-Arnold, Joel Matip, Vircil van Deyk, Məhəmməd Salah, Sadio Mane (hamısı "Liverpul"), Joau Kanselu, Kevin De Brüyne, Rodriqo Ernandes (hər üçü "Mançester Siti"), Son Xın Min, Harri Keyn (hər ikisi "Tottenhem").












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]