“Yuventus” son dəqiqələrdə qələbəni əldən verdi - VİDEO

7-05-2022, 09:38           
“Yuventus” son dəqiqələrdə qələbəni əldən verdi - VİDEO
İtaliya A seriyasının XXXVI turunun daha bir oyunu keçirilib.

“Yuventus” səfərdə “Cenoa” ilə qarşılaşıb.

Matçda ilk hissədə qol olmayıb. İkinci hissədə isə hesabı qonaq açıblar. Dibala 48-ci dəqiqədə fərqlənib.

Bununla belə sona az qalmış “Cenoa” özündən güc taparaq vəziyyəti dəyişə bilib.

Qudmundssonun 87-ci, Krişitonun isə 90+5-ci dəqiqədə vurduğu qollar meydan sahiblərinə qələbə qazandırıb.

Matçın qollarını təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]