Şəhriyar Məmmədyarov Karlseni MƏĞLUB ETDİ

29-04-2022, 00:07           
Şəhriyar Məmmədyarov Karlseni MƏĞLUB ETDİ
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib.

Publika.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]