Erməni qadın uşaqları ilə Şuşaya keçmək istədi - Foto

6-09-2021, 23:06           
Erməni qadın uşaqları ilə Şuşaya keçmək istədi - Foto
Avqustun 1-də işğal illərində Şuşaya köçərək yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib.
Teref.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, onlar Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri qaytarılıb.

Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb.

Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.
O, həmçinin uşaqların atasının bir müddət öncə ürək tutmasından öldüyünü də qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]