"Hacı Məhərrəm köhnədən QULDUR KİMİ TANINIB..." - İTTİHAM VAR...

13-09-2026, 10:38           
 "Hacı Məhərrəm köhnədən QULDUR KİMİ TANINIB..." - İTTİHAM VAR...
"Şəki Yaylası"ndakı iki nəfərin ölümü ilə nəticələnən qəzaya görə əsas məsuliyyət FHN-nin, sonra da məsuliyyət sahibkarındır. FHN-nin borcudur ki, nəzarəti altında olmayan qurğuların da təhlükəsizliyini nəzarəti altına alsın. Çünki dövlət qanunları bu tipli yerlərdə insanların təhlükəsizliyini FHN-ə həvalə edib.
Obyektin sahibi Hacı Məhərrəmə gəlincə isə onun həbs olunması bu gün az qala sosial sifarişə çevrilib. Sosial şəbəkələrdəki əksər müzakirələr zamanı rəyini açıqlayanlar bu qənaətdədir ki, Hacı Məhərrəm barəsində sərt tədbir görülməlidir.
"DİA-AZ" olaraq bu müzakirələrdə diqqətə gələn bəzi vətəndaş qeydlərini təqdim edirik...
***
Kərim Kərimli: "Kim dedi bu yaxşı insandır? "Qurtuluş 93"ün yiyəsidir 80 kvadrat satdığı evə sonradan 60 kvadrat "kupça"nı rüşvətlə verən adamlardır. Öz massivində Naxçıvanlılarla digər bölgədən olan sakinlər arasında konkret ikili standart var..."
.
Südabə Qaziyeva: "Özü çıxıb mərdi-mərdanə üzr istəsəydi, söz-söhbət bu qədər uzanmazdı..."
.
Vüqar Mirheydərov: "Bu fəndi Azərbaycanda bütün tikinti şirkətləri, hətta dövlətin özü belə edir. "Kirayə Mənzil" layihəsi çərçivəsində camaata çöl perimetri ilə ölçülən mənzilləri satıb, sonradan mənzilin sahəsini kimdə 20, kimdə 30 kvadrat azaldırlar..."
.
Anar Xəlilov: "Hacı Məhərrəm quldur xarakterli əməlləri ilə hər zaman gündəmdə olub. Guya ölkə rəhbərliyi bu adamdan xəbərsizdir? Yenə eyni şey olacaq... Pulunu alıb, buraxacaqlar..."
***
Məsələ diqqətimizdədir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]