İlqar Bayramlı ilə Elnur Əliyevin nə planı var bir Allah bilir, bir də özləri...
12-09-2026, 12:16
Avqust ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil İnstitutu ilə birgə keçirdiyi müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu imtahanından deyilənə görə, cəmi 30 nəfər işə qəbul edilib. Minə yaxın ştat isə boş qalıb. İndi də guya məcbur olub müqavilə ilə işə qəbul etməyə məcbur olublar. Müqavilə mərhələsi isə... Bu bir başqa kefdi. Sahə üzrə peşəkarlar da əmək haqqını eşidib dala baxmadan qaçır. 280-350 manata peşəkarın peşə məktəbində nə işi var. Hətta 1 gün təcrübəsi olmayanlar belə ötənilki aldanışa görə 10 aylıq müqaviləni eşidib qaçırlar. 10 aylıq müqavilə ilə növbəti imtahana da buraxılmırlar. Əmək haqqı az, 10 aylıq müqavilə ilə imtahana buraxılmayan adamlar niyə işləsin ki? Axır ki, aləmi qatıblar bir birinə. Dövlətin bu qədər pulunu havaya sovurub, insanların vaxtını alıb boşuna imtahan keçirirlər sonda məlum olur ki, bunların başqa planı var. İlqar Bayramlı ilə Elnur Əliyevin nə planı var bir Allah bilir, bir də özləri... Ədil Hüseynli