1918-ci ildə qurulan ilk milli dövlətimizə "Azərbaycan" adını Nəsib bəy Yusifbəyli qoymuşdu

10-09-2026, 00:01           
1918-ci ildə qurulan ilk milli dövlətimizə "Azərbaycan" adını Nəsib bəy Yusifbəyli qoymuşdu
Nəsib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə nazirliklə və Baş nazir olduğunu söyləməklə ifadə edilə bilməz.
Onun istiqlal hərəkatındakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərindən çox daha əvvəl başlamışdı. Azərbaycan ideyasının siyasi bir mətləb maddəsi şəklində formula etmək tərifi Nəsib bəyindir. Sadəcə, bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir.
Müzəffər istiqlal nəslinin ilk yapacağı şükran vəzifələrindən birincisi siyasi Azərbaycanın ilk mübəşşirlərindən (xoş və ya xeyir xəbər gətirən şəxs deməkdir - O. M) Nəsib bəy namını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona birər abidə tikməkdən ibarət olmalıdır.
Məhəmməd Əmin Rəsulzadə.“Odlu yurt”,
"İstila qurbanları" 1929-cu il, № 3 , səh. 110-112.
Zəruri qeyd: 1918-ci ilədək Azərbaycan adında dövlət olmayıb, bu, sadəcə coğrafi anlayış idi. Azərbaycan Cümhuriyyətinin (1918–1920) qurulması ilə bu qədim ad siyasi məna qazandı. Yeni qurulan dövlətə bu adın verilməsi isə Nəsib bəy Yusifbəylinin adı ilə bağlıdır.
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]