Tibb Universitetində hovuz təmir ediləcək - 58 min AZN-i udan görün hansı vəzifəli şəxsin 23 yaşlı oğludur

8-09-2026, 10:37           
Tibb Universitetində hovuz təmir ediləcək -  58 min AZN-i udan görün hansı vəzifəli şəxsin 23 yaşlı oğludur
Azərbaycan Tibb Universiteti Tədris İdman Kompleksinin üzgüçülük hovuzunun əsaslı tikinti-təmirinə dair layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə tender müsabiqəsini yekunlaşdırıb.

32gun.az-ın məlumatına görə, satınalmanın qalibi "GLOBAL ENGINEERING MANAGEMENT COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 58.292 AZN təşkil edir.


Nizamnamə kapitalı 5000 AZN olan qalib cəmiyyətin rəhbərliyində müxtəlif illərdə Ömər Rüstəmli və Mərahim Ələkbərov kimi şəxslər təmsil olunsa da, şirkət Yunis Sahib oğlu Şükürlüyə məxsusdur. Yunis Şükürlü Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Yunis oğlu Şükürovun oğludur. Mətbuatda gedən məlumatlara görə, hazırda onun 23 yaşı var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]