Yasamalda təhlükəli səkilər – Foto

7-09-2026, 11:48           
Yasamalda təhlükəli səkilər – Foto
Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində səkilərin vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Tribuna.az xəbər verir ki, bununla bağlı Anar Əliyev sosial şəbəkədə paylaşım edib.

O, küçədəki səkilərin yararsız vəziyyətdə olduğunu göstərən fotolar paylaşaraq, piyadaların hərəkəti üçün ciddi çətinliklərin yarandığını bildirib.

Fotolardan görünür ki, bəzi hissələrdə səkilər dağılıb, pilləkənlər qırılıb, örtük sıradan çıxıb və piyadalar üçün təhlükəli vəziyyət yaranıb.

Xüsusilə yaşlı insanlar, uşaqlar və fiziki məhdudiyyətli şəxslərin bu ərazidə hərəkət etməsi çətinləşib.

Sakinlər aidiyyəti qurumlardan Cəfər Cabbarlı küçəsində səkilərin təmir olunmasını və piyadaların təhlükəsiz hərəkəti üçün zəruri tədbirlərin görülməsini xahiş edirlər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]