Azneft İB Neft Daşlarında idman zalınıda "sağlamlaşdır"dılar deyəsən...Bağlandı, qalan avadanlıqlar da yoxa çıxdı

7-09-2026, 10:38           
Azneft İB Neft Daşlarında idman zalınıda "sağlamlaşdır"dılar deyəsən...Bağlandı,  qalan avadanlıqlar da yoxa çıxdı
Azneft İB Neft Daşlarında "hərci-mərci" işlər .Get kimə istəyirsən şikayət et,
Avadanlığın yerini soruşdular, bütün avadanlıq zal qarışıq yoxa çıxdı!
İşçilər soruşur ki, "nooldu a müdür"?

SOCAR Azneft İB Neft Daşları NQÇİ -nin idman zalı ilə əlaqədar yazılmış məlumatdan sonra Rəislər hirsləndi və İdman zalını bağlatdı! Və İdman zalına da SOCAR -n məşhur "sağlamlaşdırma" siyasəti tədbiq olundu , yəni onlar sadəcə olaraq 01 sentyabrdan etibarən təmir işləri bəhanəsi ilə zalı bağladılar. Amma təmir işləri başlanmadı, Üstəlik, qalan avadanlıqlar da yoxa çıxdı(görəsən kimin otağında ,yaxud kabinetindədir?) . "qəzalı" vəziyyətdən əvvəl bir neçə köhnə ştanq və bir neçə qantel var idi, amma indi biz hətta bundan da məhrumuq.

Ən azından təmirdən əvvəl, əgər bunu planlaşdırırdılarsa, məşqlər üçün kiçik bir yer ayırmalı idilər. Amma bunu da etmədilər. Sadəcə qapıları bağladılar və təmir işlərini qeyd etdilər. Yəni heç demə zalın yerləşdiyi bina qəzalı vəziyyətdə imiş . Və yəqin ki, məhz buna görə də

“Neft Daşları” NQÇİ-nin əməyin mühafizəsi və təhlükəsizlik üzrə məsul şəxsi Bəhlul Eyyubov əvvəlcədən idman zalına məxsus bəzi inventar və avadanlıqların qəzalı binada qalmaması üçün öz otağına gətirdi.
Mirvari Gahramanli














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]