Tahir Budaqov Nəsimi rayonunda belə "yenidənqurma" həyata keçirdir FOTO

7-09-2026, 00:05           
Tahir Budaqov Nəsimi rayonunda belə "yenidənqurma" həyata keçirdir  FOTO
Nəsimi rayonunda 1 ildə az qala üç icra başçısı dəyişdilər. Nəhayət Tahir Budaqov bu rayona başçı qoyuldu. Bu da nəticələrdən biri...
Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi 108 ünvanında, yeni metro stansiyasının qarşısındakı hündürmərtəbəli binanın sakinləri şikayət edib ki, binanın qarşısında əlavə qurğu və dəmir konstruksiya quraşdırılıb. Məsələnin ən diqqətçəkən tərəfi həmin konstruksiyanın sakinlərdən birinin metroya baxan pəncərəsinin qarşısını bağlamasıdır. Yəni bir vətəndaş öz mənzilində pəncərədən normal istifadə etmək imkanından məhrum edilir. Bununla da məsələ bitmir. Sakinlərin sözlərinə görə, binaya verilən qazı paylayan qurğu da əvvəlki yerindən çıxarılaraq qonşunun girişinin pilləkən hissəsinə yerləşdirilib. Bir sakinin pəncərəsi bağlanır. Digər sakinlərin gediş-gəlişinə maneə yaranır.
Yəqin ki, bu problem aradan qaldırılmayacaq. Çünki bu işə bu qədər xərc çəkənlər ömcədən öz işlərini görüblər... Sadəcə elə belə şəkillərin paylaşaq ki, sakinlərin ürəyincə olsun. Sadəcə baxın, cənablar, həll olunacağına inanmadan baxın. Tahir Budaqov sizin üçün bu problemi həll edəndir? İşi gücü başından aşır...
Ədil Hüseynli















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]