Ticarət və enerji yollarının demək olar əksəriyyətində xaos var.- Kimlərsə dünyada sıfırlama əməliyyatına başlayıb.
6-09-2026, 09:18

Yəməndə vəziyyət ağırdır. Husilərlə hökümət qüvvələri arasında toqquşma şiddətlənib.
Media da isə fərqli xəbərlər gəlir.
İki tərəfin də üstünlüyü ələ kerdiyi ilə bağlı iddialar səsləndirilir.
Lakin hələki hansı tərəfin irəliləyiş əldə etdiyi dəqiq deyil.
Diqqət edirsinizsə ticarət və enerji yollarının demək olar əksəriyyətində xaos var.
/Hörmüz
/Pakistan Qvadar limanı
/Hörmüz
/Cəbəllütariq
/Rusiya-Ukrayna
/Bab Əl Məndab
Geriyə strateji əhəmiyyətli 3-4 yol qalır.
Malakka və Panamada da nəsə olsa təəccüblənmərəm.
Bunlar ticarət yollarındakı xaoslardır.
Əlavə olaraq qida istehsalçıları problem yaşayır.
Texnalogiya istehsal mərkəzlərində risklər artır.
Tayvan, Tayland kimi ölkələrdə risklər var.
Avropada böhran dərinləşir.
Enerji güzergahlarında təhlükələr artır.
İnternet kabelləri təhlükə qarşısındadır.
"Bəli Hörmüz və Qırmızı dəniz ətrafından keçən xətlərə nəsə olsa Avropa və Asiya arasında əlaqə itəcək. Xüsusən nəhəng şirkətlərdə. Və təəssüf ki, bu xətlərə müdaxilə ehtimalını gözləyirəm."
Təsəvvür edin sadəcə bir ölkə enerji ilə təmin edilməsə 90% iqtisadi böhran başlayacaq. Söhbət Yaponiyadan gedir.
Hörmüz və Bab əl Məndab böhranı ən çox Yaponiyada enerji risklərini artırır.
Yekun olaraq deyə bilərəm ki, kimlərsə dünyada sıfırlama əməliyyatına başlayıb. Qarşı olanlar isə sadəcə günü qurtarır.
Sıfırlamanın sürətlənməsi üçün İnternet kabelleri ayrılmalıdır. Dünyada internet böyük ehtimalla ayrılacaq. Çin və Qərb mərkəzli iki sistem ortaya çıxacaq. (Gələcəkdə).
(Bunlar sadəcə ehtimallardır)
Siyasət Akademiyası

