Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımova hikkəsindən məktəbin ayaqyolusundakı unitazları qırdırıb, avadanlıqları darmadağın etdirib.

4-09-2026, 00:02           
Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımova hikkəsindən məktəbin ayaqyolusundakı unitazları qırdırıb, avadanlıqları darmadağın etdirib.
Məlumatlar göstərir ki, Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımova hikkəsindən məktəbin ayaqyolusundakı unitazları qırdırıb, avadanlıqları darmadağın etdirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən də bilməyiblər bu hadisəyə nə desinlər. Təhsil İdarəsindən deyiblər ki, "sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur".
Yəni, utanıblar "doğrudur" deməyə, dolayısı ilə deyiblər ki, direktor unitazları sındırıb, ayaqyolunu dağıdıb gedib.
Mən hər dəfə deyirəm ki, orta məktəblərə direktor təyinatı edəndə ilk növbədə şəxsin ümumi psixoloji, ailə vəziyyətini, övladlarını, həyat yoldaşının kimliyini araşdırmaq lazımdır. Ailəsi dağılmış, qızı-oğlu boşanmış, təhsil idarəetmçəsində böyük təcrübəyə, hörmətə malik olmayan, həyat yoldaşı düzgün olmayan şəxsləri direktor qoymaq olmaz.

İndi burda çoxu deyəcək ki, bunun nə dəxli var. Dəxli çoxdur.
Evində doğru durum olmayan şəxslər məktəbə, müəllimlərə, uşaqlara nəzarət edə bilməz. Bu həm qınaq baxımından, həm də diğər psixoloji, mənəvi baxımdam mümkün deyil. Bunu təsdiqləyən yüzlərlə fakt göstərmək olar.
İndi gəlin görək, son illərdə neçə belə şəxs Emin Əmrullayev tərəfindən direktor təyin olunub?
Ümumiyyətlə, məktəb direktorları kimlərdir və onlar 2-3 minlik kollektivi idarə edə biləcək qədər psixoloji güclü, ailə bağları baxımından sağlamdırlarmı? Əsasən də bölgələrdə, hər kəsin tanıdığı belə adamları necə direktor təyin ediblər?
Unitaz sındıran, tualet dağıdan, uşaqların valideynlərindən 15 manat aldıran, xadiməçiyə süpürgə aldıran direktor sizcə necə təhsilçi, müəllimə ola bilər? Özü, qızı ərindən boşanan direktor məktəbliyə hansı tərbiyəni verə bilər? Ümumiyyətlə, belə adamların psixoloji durumu nə qədər yerində ola bilər ki, 3 minlik məktəbi idarə etsin?
Bir daha deyirəm, təhsil sahəsində çalışan rəhbər vəzifəli şəxslərin, məktəb, bağça direktorların, müavinlərin kimliyi, ailəsi və sair faktorlar daha önəmli məsələdir. Bu şəxslər ciddi yoxlanmalıdır, onların bütün statuslarda bu post üçün uyğun olmalıdırlar.
Amma elə deyil və ağına-bozuna baxmadan təyinatlar olunur və nəticəsi də göz qarşısındadır.
Ədil Hüseynli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]