Məntiq işləməyən ölkədə yaşayırıq...

3-09-2026, 09:24           
Məntiq işləməyən ölkədə yaşayırıq...
Rəsmi xəbər yayılıb ki, Azərbaycanda avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələrin həcmi 959.8 min ton olub. Stasionar mənbələrdən (yəni, sənaye, istehsal, və s.) atılan emissiya 98.4 min ton təşkil edib. Beləliklə, avtomobil nəqliyyatı üzrə emissiyalar stasionar mənbələri təxminən 10 dəfə üstələyib.
Bu o deməkdir ki, Azərbaycanda istehsal yox dərəcəsindədir, amma, diqqətimi başqa məsələ çəkdi – yaxşı, əgər avtomobillər daha çox atmosferi çirkləndirirlərsə, məntiqlə, nə etmək lazımdır?! Bəli, elektrik və hibrid avtomobillərin ölkəyə gətirilməsini və satışını daha çox stimullaşdırmaq, güzəştləri artırmaq lazımdır. Bir daha – məntiqlə bu addımlar atılmalı idi.
Yaxşı, bəs bizim hökumət nə etdi?! Düz tapdız, məntiqi tapdaladı, elektrik və hibrid avtomobillərə tədbiq edilən vergi və rüsum güzəştlərini bu ildən ləğv etdi, bu da elektrik avtomobillərinin ölkəyə gətirilməsə ciddi mənfi təsir etdi – keçən ilin eyni dövrü ilə müqaisədə 2 dəfə azalma var.
2025-ci ilin yanvar-iyul aylarında ölkəyə 1180 ədəd elektiklə işləyən avtomobil gətirilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 596 ədədə düşüb.
Belə, məntiq işləməyən ölkədə yaşayırıq...
Natig Cəfərli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]