8 tender, 160 milyonluq sifariş – «Hovers Group» hansı qurumların tenderlərini udur?
2-09-2026, 12:16

Azərbaycanda iri həcmli dövlət satınalmalarının aktiv qaliblərindən biri də «Hovers Group» MMC-dir (VÖEN: 1501843641).
FED.az xəbər verir ki, şirkət 2011-ci ildə yaradılsa da, 2024-cü ildən etibarən tenderlərin qalibi olur.
Beləliklə, «Hovers Group» MMC bu il 2 dövlət qurumu ilə 50 milyon 553,8 min manatlıq satınalma müqaviləsi imzalayıb. “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” PHŞ Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərini bu şirkətə tapşırıb və 9 milyon 287,3 min manatlıq satınalma müqaviləsi imzalayıb.
“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ də Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili ilə bağlı şirkətə 41 milyon 266,4 min manatlıq sifariş verib.
Ümumiyyətlə, «Hovers Group» MMC "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ-nin sevimli şirkətidir. Qurum 2025-ci ildə bu şirkətə 53 milyon 956,1 min manatlıq işlər gördürüb.
Bundan başqa, şirkət 2025-ci ildə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən 230,4 min manatlıq, "Su Meliorasiya Xidməti" PHŞ-dən 28 milyon 740 min manatlıq sifariş alıb.
2024-cü ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi ilə şirkət arasında 12 milyon 430 min manatlıq, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ilə şirkət arasında 13 milyon 818,8 min manatlıq satınalma müqavilələri imzalanıb.
Ümumi olaraq, «Hovers Group» MMC 8 müxtəlif dövlət qurumundan 159 milyon 689,1 min manatlıq sifariş alıb.
Şirkətin qalibi olduğu tenderlər daha ətraflı:
S/N
Satınalan təşkilatın adı
Satınalma predmeti
Təklifin qiyməti
Yekunlaşma tarixi
1
"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ
Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri
9 287 306 AZN
10.08.2026
2
“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ
Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili
41 266 444 AZN
12.05.2026
CƏMİ 2026 - 50 513 750 AZN
3
"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ
"Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulmasının həyata keçirilməsi
46 357 997 AZN
16.12.2025
4
"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ
Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrası
7 598 115 AZN
10.12.2025
5
Ədliyyə Nazirliyinin Pentensiar Xidməti
Əsaslı təmir işlərinin satın alınması
230 401 AZN
18.11.2025
6
"Su Meliorasiya Xidməti" PHŞ
Babək rayonu Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisi” nin satınalınması
28 740 001 AZN
28.01.2025
CƏMİ 2025 - 82 926 514 AZN
7
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi
"Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması"nın satınalınması
12 430 028 AZN
29.12.2024
8
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu
Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 88 fərdi yaşayış evinin tikintisi
13 818 845 AZN
24.07.2024
CƏMİ 2024 - 26 248 873 AZN
YEKUN - 159 689 137 AZN

