AYNA ... səni deyirlər: Hansı zəmanədir ki, qapısı-pəncərəsi açılmayan marşrutun istismarına göz yumursuz??? Bu qədər acizsiniz sahibkarların qarşısında?
2-09-2026, 10:28
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, bizi xataya salma! Səhər marşruta minmişəm, arxa qapısı işləmir. Məcbur qabaq qapıdan düşür camaat. TEREF yazır ki, bunu AFN.az portalının baş direktor Hebibe Abdulla öz sosial şəbəkə səhifəsində yazır. Həbibə xanım daha sonra yazır: Tərs kimi, düşdüyüm yerdə tək mən düşəsi oldum. Minən adamlar az qaldılar öldürələr məni. Sürücü içəridən qışqırmasaydı ki, qapı işləmir, yəqin ki, döyüləcəkdim. Hansı zəmanədir ki, qapısı-pəncərəsi açılmayan marşrutun istismarına göz yumursuz??? Bu qədər acizsiniz sahibkarların qarşısında?