Minimum əməkhaqqının 400 manat olduğu Azərbaycanda bir saatlıq parking haqqının 70 qəpik olması nə deməkdir?

2-09-2026, 12:18           
Minimum əməkhaqqının 400 manat olduğu Azərbaycanda bir saatlıq parking haqqının 70 qəpik olması nə deməkdir?
Doğulub boya-başa çatdığım Bakı şəhərində bir gün də cəmi 6-7 saat ərzində 8 manat 40 qəpik parking pulu vermişəm. İşlərim çox idi, müxtəlif ünvanlarda maşını saxlamalı oldum. Hər parkingdə isə maksimum 30-35 dəqiqə qalmışam.
Bir tərəfdən də parkingdə yer tapmaq ayrıca bir psixoloji dərddir. Digər tərəfdən isə xalqa məxsus olan yolların kənarına ağ xətt çəkib, bir nişan qoyub pul yığırlar.
TEREF yazır ki, bunu Ceyhun Novrusov adlı vətəndaş öz sosial şəbəkə profilində yazıb.Ceyhun bəy daha sonra yazır:
Minimum əməkhaqqının 400 manat olduğu Azərbaycanda bir saatlıq parking haqqının 70 qəpik olması nə deməkdir?
Ay ərzində hər gün maşınla işə gedib-gələn, müxtəlif ünvanlarda işi olan bir insan parkingə nə qədər pul xərcləməlidir? Bu məbləğ artıq sadəcə “parking haqqı” deyil, insanların gündəlik həyatına əlavə yükdür.
Üstəlik, bir çox yerdə elə vəziyyət yaradılıb ki, sürücü ya parkingə pul ödəməli, ya da bilmədən qaydanı pozub cərimələnmək riski ilə üz-üzə qalmalıdır. Kameralar isə sanki vətəndaşın rahatlığını təmin etməkdən çox, cərimə yazmaq üçün pusquda dayanır.
Ən acınacaqlısı da budur ki, şəhərin yolları və yol kənarları onsuz da Azərbaycan vətəndaşına məxsus olan neft və qaz gəlirlərinin hesabına yaradılıb. İndi həmin yolların kənarından da vətəndaşdan pul yığılır.
Bakıda avtomobil saxlamaq artıq ayrıca bir xərc maddəsinə çevrilib. Maaş 400 manat, amma şəhərdə yaşamağın xərci gündən-günə artır.
Hə, kimsə çıxıb yazsa ki, “ictimai nəqliyyatdan istifadə elə”, ona da cavab verim:
İctimai nəqliyyatdan istifadə etdim. Nəticə? Bir gün ərzində yol puluna 9 manat xərclədim.
Yəni məsələ təkcə maşın saxlamaq deyil. Bakı şəhərində istənilən formada hərəkət etmək vətəndaş üçün ciddi xərcə çevrilib.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]