“Doktor Qiyamət”dən DƏHŞƏTLİ PROQNOZ: “ABŞ batacaq, Rusiya və Türkiyə isə...”

23-07-2018, 19:05           
“Doktor Qiyamət”dən DƏHŞƏTLİ PROQNOZ: “ABŞ batacaq, Rusiya və Türkiyə isə...”
Dünyada iqtisadi böhranları dəqiq təxmin etdiyi üçün “Doktor Qiyamət” ləqəbi ilə məşhurlaşan isveçrəli Mark Faber yaxınlaşmaqda olan təhlükədən xəbər verib.Publika.az xəbər verir ki, “Gloom, BoomandDoom” (Parlama, Partlaşma və Çöküş) adlı proqnoz yayan Faber dünyada qlobal liderliyin dəyişəcəyini bildirib.

“Avropalılar asiyalılarla, asiyalılar da avropalılarla daha çox ticarət aparacaq və ABŞ-ı göməcəklər. ABŞ-ın iqtisadi gücü getdikcə zəifləyəcək, Çin və Hindistan qlobal liderliyi ələ alacaq. Digər qazanan tərəf isə Rusiya olacaq”, - deyə o iddia edib.

“Doktor Qiyamət” hesab edir ki, qlobal iqtisadi müharibəni başladan ABŞ son nəticədə məğlub olacaq: “Amerika ilə birlikdə iqtisadiyyatı pis olan Braziliya, Türkiyə və Argentina kimi ölkələr də itirən tərəf olacaqlar. 2008-ci ildən sonra gözlənilən qlobal böhran da bu ölkələrdən başlayacaq”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]