ABŞ-da kilsədə atışma olub, ölən və yaralanan var

23-07-2018, 06:02           
ABŞ-da kilsədə atışma olub, ölən və yaralanan var
ABŞ-da kilsədə atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Fox News" polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Nevada ştatında, Fellon şəhərində baş verib. Qeyd edilir ki, silahlı şəxs kilsədə bir neçə dəfə atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Cinayətkar bundan sonra binanı tərk edərək evə gedib. O, daha sonra polisə könüllü təslim olub. Onun bu cinayətinin səbəbi barədə hələlik məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]