Rusiya Ermənistana kreditlə 200 milyon dollarlıq silah verdi

22-07-2018, 22:07           
Rusiya Ermənistana kreditlə 200 milyon dollarlıq silah verdi
Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

"Müasir silah idxal edilib. Rusiya ordusunun silahlanmasında belə bir şeyin olmaması istisna deyil", - deyə nazir bildirib.

Tonoyan həmçinin qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Lakin o, lazım gələrsə, bəzi müqavilələrin müddəalarına yenidən baxılmasını da istisna etməyib.

2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]